Yuxarı

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti - Rekord

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda satışa çıxarılan “Bentley”in qiyməti - Rekord

Yerli avtomobil bazarında növbəti qiymət rekordu qeydə alınıb. Məşhur elan saytlarının birində satışa çıxarılan son model lüks avtomobilin qiyməti görənlərin təəccübünə səbəb olub.

Axar.az “Yeni Sabah”a istinadla xəbər verir ki, Bakıda satışa təqdim olunan 2025-ci il buraxılışlı tam yeni "Bentley Continental GT Speed" modeli üçün nə az nə çox 455 000 avro, yəni təxminən 870 369 manat satış qiyməti müəyyənləşdirilib.

Paytaxtın mərkəzində lüks mənzil qiymətinə təklif edilən bu avtomobil boz ("Gravity Grey") rəngdədir və hibrid mühərriklə (4.0 L / 25.9 kWh) təchiz olunub. 782 at gücünə malik avtomobil tam opsiyalı komplektasiyada və "Akrapovic Titanium Exhaust" səs sistemi ilə təqdim edilir.

Astronomik qiyməti ilə diqqət çəkən bu elan sosial şəbəkələrdə və avtomobil həvəskarları arasında geniş müzakirələrə səbəb olub.

Tarix
2026.10.03 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla