Yuxarı

"Porşe" köklü dəyişikliklərə gedir: Çinlə mübarizə...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Porşe" köklü dəyişikliklərə gedir: Çinlə mübarizə...

Almaniyanın dünyaca məşhur avtomobil istehsalçısı “Porşe” Çin avtomobil markalarının bazarda sürətlə güclənməsi fonunda köklü dəyişikliklərə hazırlaşır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, şirkətin hazırladığı “Sportwagenschmiede'35” adlı yeni strategiya xərclərin azaldılmasını, fəaliyyətin səmərəliliyinin artırılmasını və bahalı idman avtomobillərinə üstünlük verilməsini nəzərdə tutur.

Plana əsasən, “Porşe”nin ümumi işçi heyəti 25–30 faiz, rəhbər vəzifələrdə çalışanların sayı isə 40 faiz azaldılacaq.

Şirkət bundan sonra daha çox avtomobil satmaq əvəzinə, daha bahalı, keyfiyyətli və eksklüziv modellərin satışına üstünlük verəcək.

Yeni strategiya çərçivəsində bahalı avtomobillərin ümumi satışlarda payı artırılacaq, onların orta qiymətinin isə təxminən 20 faiz yüksəldilməsi nəzərdə tutulur.

Bundan başqa, müştərilərin fərdi sifarişləri əsasında xüsusi avtomobillərin hazırlanmasını təmin edən “Sonderwunsch” proqramından əldə olunan gəlirin altı dəfə artırılması planlaşdırılır.

“Porşe” avtomobil modellərinin müxtəlif versiyalarının sayını da 20 faiz azaldacaq. Bunun nəticəsində hər versiya üzrə orta satış həcminin 30 faiz artacağı gözlənilir.

D və E seqmentlərinə aid avtomobillərin payının isə 45 faiz artırılması nəzərdə tutulur.

Şirkət xərcləri də ciddi şəkildə azaltmağa hazırlaşır. İstehsalatda əməkhaqqı və digər personal xərclərinin 30 faiz, satış və distribusiya xərclərinin 20 faiz, yeni modellərin hazırlanmasına ayrılan vəsaitin 20 faiz, birbaşa material xərclərinin isə 10 faiz azaldılması planlaşdırılır.

“Porşe”nin baş direktoru Mixael Layters bildirib ki, yüksək vəzifəli rəhbərlərin illik mükafatlarının fərdi fəaliyyət nəticələrindən asılı olan hissəsi 10 faizdən 30 faizə qaldırılacaq.

Tarix
2026.10.11 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla