Savaş təhlükəsi: ABŞ bu regiondan diplomatları çıxardır
00:11
| Ana səhifə Avto |
|
Bakının avtomobil bazarında növbəti rekord qiymətə malik lüks nəqliyyat vasitəsi satışa çıxarılıb.
Axar.az Yeni Sabah-a istinadən xəbər verir ki, ölkənin məşhur elan platformalarından birində yerləşdirilən elanda 2024-cü il istehsalı olan "Lamborcini Urus" modeli alıcılara təqdim olunub.
Paytaxtda fəaliyyət göstərən avtosalonlardan biri tərəfindən satışa təklif edilən diqqətçəkən yaşıl rəngli lüks offroader üçün fantastik qiymət müəyyənləşdirilib. Belə ki, avtomobilin satış qiyməti 348 000 ABŞ dolları (təxminən 591 600 manat) təşkil edir.
|
Tarix
2026.10.21 / 23:27
|
Müəllif
Axar.az
|