İrəvanla London arasında əməkdaşlıq proqramı imzalandı
14:00
| Ana səhifə Avto |
|
Dünyanın ən kiçik avtomobili kimi Ginnesin Rekordlar Kitabına düşən “Peel P50” avtomobili satışa çıxarılır.
Axar.az xəbər verir ki, avtomobil İngiltərənin “İconic Auctioneers” şirkəti tərəfindən hərraca qoyulub.
1964-cü il istehsalı olan üçtəkərli avtomobilin ilkin hərrac qiyməti 40 min funt-sterlinqdir. Cəmi bir nəfər və kiçik alış-veriş çantası üçün nəzərdə tutulan “Peel P50”nin uzunluğu 137, eni isə 106 santimetrdir. 49 kubsantimetrlik mühərrikə malik avtomobil saatda təxminən 64 kilometr sürət yığa bilir.
Hərrac noyabrın 14-də keçiriləcək.
|
Tarix
2026.11.06 / 13:21
|
Müəllif
Aytac Əliyeva
|