Yuxarı

Yol polisi reydlərə başladı: Cərimələr

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi reydlərə başladı: Cərimələr

Oktyabrın 31-də Azərbaycanda istifadə edilən bütün növ nəqliyyat vasitələri və ölkə üzrə istifadə edilən avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb. Noyabrın 1-dən etibarən yol polisləri texniki baxışdan keçməyən avtomobillərin sürücüləri barədə inzibati protokol tərtib edəcək.

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə verdiyi məlumata görə, artıq noyabrın 1-dən yol polisləri Bakıda reydlərə başlayıb:

"Yol polisləri tərəfindən saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi aşkarlanarsa, sürücü inzibati qaydada məsuliyyətə cəlb edilir. Fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər. Avtomobili texniki baxışdan keçməyən sürücüyə yol polisi tərəfindən inzibati protokol tərtib edilirsə, 10 gün müddətinə avtomobil texniki baxışa təqdim edilmirsə, 10 gündən sonra həmin sürücüyə yenidən protokol tərtib edilə bilər. Ona görə də avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, texniki baxışdan keçmə müddəti başa çatan avtomobilləri texniki baxışa təqdim etsinlər".

V.Əsədov bildirib ki, bunun üçün Bakının Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində Respublika Dövlət Yol Polisinin Diaqnostika Şöbəsi fasiləsiz fəaliyyət göstərir:

"Həmin şöbə bütün təqdim edilən avtomobillərin texniki baxışdan keçirilməsi üçün müasir tipli xüsusi avadanlıqlarla təchiz edilib. Əvvəllər texniki baxışdan keçmə müddəti başa çatan avtomobilləri texniki baxışa təqdim edərkən sürücü cərimələnirdi. Amma indi sürücü əgər avtomobili texniki baxışa təqdim edirsə, ona cərimə yazılmır və avtomobil maneəsiz texniki baxışdan keçirilir".

Tarix
2016.11.02 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla