Yuxarı

Maşını banka verdi, yenə krediti bağlanmadı - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşını banka verdi, yenə krediti bağlanmadı - Video

Bərdə sakini Zamin Dadaşov bir neçə il əvvəl avtomobil krediti götürüb. Ödəniş edə bilmədiyinə görə borc girova, yəni maşına yönəldilib.

Axar.az Xəzər Xəbər-ə istinadən bildirir ki, avtomobil krediti götürmüş şəxs borcunu ödəyə bilmədiyindən maşını banka təhvil verib. Bir müddət sonra isə bankdan zəng olunub ki, kreditin ödənişini davam etdirməlidir. Kreditin ödənişini gecikdirib, avtomobilini itirsə də, borcdan canını qurtara bilməyib.

İndi həmin şəxsin nə avtomobili qaytarılır, nə də borcu silinir.

Vəkil Xəyal Bəşirovun sözlərinə görə, borc girova yönəldilibsə, avtomobil hərraca çıxarılmalıdır. Ancaq Zamin Dadaşova maşının satılması ilə bağlı heç bir məlumat verilməyib.

Lakin qanuni hərrac keçirilsə belə, bu, borclunun məsuliyyətini azaltmır. Avtomobil hərracda aşağı qiymətə satılırsa, dəyəri kredit məbləğindən azdırsa, borclu qalan məbləğin ödənişini davam etdirməlidir.

Tarix
2016.11.08 / 23:44
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla