Yuxarı

Gəncə Avtomobil Zavodu satışa çıxarıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə Avtomobil Zavodu satışa çıxarıldı

Gəncə Avtomobil Zavodu və bir neçə iri səhiyyə obyekti özəlləşdirməyə çıxarılıb. Bu barədə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulub.

Marja-nın xəbərinə görə,Gəncə avtomobil zavodu hazırda da fəaliyyət göstərir. Maşın və traktorlar istehsal edir. Qərara görə, zavod səhmdar cəmiyyət kimi, investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək.

Gəncə Avtomobil Zavodunun əsası 1986-cı ildə qoyulub. Müəssisə tikintisi layihəyə görə, 1989-cü ilin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi bir müddət yarımçıq qalıb. Yalnız 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu işə düşüb.

Yaxın vaxtlarda Azərbaycanın bir sıra iri tibb müəssisələrinin də özəlləşdirməyə çıxarılacağı gözlənilir. Bura Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası daxildir. Habelə, Dəmiryol, Heydər Əliyev prospektində yenicə inşa edilən və hələ tam fəaliyyətə başlamamış Sağlamlıq Mərkəzinin də özəlləşdirməyə çıxarılacağı bildirilir. Özəlləşdirməyə açılan obyektlərin bir hissəsinin də stomatoloji poliklinikalar olduğu qeyd edilib.

Tarix
2016.11.16 / 15:10
Müəllif
Axar.Az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla