Yuxarı

Zaur yol hərəkəti qaydalarını belə pozdu - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur yol hərəkəti qaydalarını belə pozdu - Video

ATV kanalının aparıcısı Zaur Baxşəliyev yol hərəkəti qaydalarını pozub. Bunu təsdiq edən videonu sosial şəbəkələrdə Zaur özü paylaşıb.

Avtosfer.az xəbər verir ki, azyaşlı qızı ilə avtomobildə çəkdiyi videonu paylaşan aparıcı sükan arxasında rəqs edib, mahnı oxuyur.

Qızı da onunla birlikdə rəqs edir. Yaxşı haldır ki, Zaur özü sükan arxasında təhlükəsizlik kəmərindən istifadə edir. Balacı qızının da kəmərini bağlayıb. Lakin videodan da göründüyü kimi, kəmərin yalnız orta hissəsi bağlanıb.

Bütün bunlar bir yana, Zaur ümumiyyətlə, uşağı orada oturtmalı deyil. Çünki qaydalara görə, yalnız 12 yaşdan yuxarı uşaqlar qabaq oturacaqda otura bilər. Zaurun qızının isə yaşı azdır. Balacı qızcığaz arxada xüsusi oturacaqda oturmalı idi.

Sərnişindaşıma qaydalarının pozulması Zaur Baxşəliyevin 60 manat – 3 bal cərimə olunması ilə nəticələnə bilər.

Tarix
2016.11.28 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla