Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Bakı avtosalonları sökülür - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ən böyük prospektlərindən biri genişləndirilərək əsaslı təmir olunacaq; prospektdə boyunca yerləşən avtosalonlar isə Badamdartdakı maşın bazarına köçürüləcək.

Bakının ən iri prospektləri olan Babək prospekti genişləndiriləcək. Prospektə çıxışı təmin edəcək Xəqani Rüstəmov küçəsində isə artıq yenidənqurma işlərinə start verilib. Küçədə kommunikasiya xətlərinin dəyişdirilməsinə başlanılıb. Yolda neft buruqları olduğundan onlar da ərazidən köçürülür və çəkiləcək yeni yolun keyfiyyətli olması naminə neftlə çirklənmiş torpaq yenisi ilə əvəzlənir (Musavat.com).

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, 6 zolaqdan ibarət olacaq yolun uzunluğu 1,17 km, eni 45 metr olacaq: "Babək prospektini birləşdirəcək evlər söküləcək. Qiymətləndirmə aparılır. Nazirilkdə birgə siyahıya alınıb kompensasiya verilib söküləcək. Qaraçuxur qəsəbəsindən Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinədək uzanan Babək prospekti tamamilə yenidən qurulacaq. Prospekt ətrafındakı bir sıra obyektlər söküləcək və yol genişləndiriləcək. Plana əsasən, yolun ən azı 10 zolaqlı, hər istiqamətə 5 hərəkət istiqaməti olmaqla yenidən qurulması planlaşdırılır".

Avtosalonları qara günlər gözləyir

Azərbaycan Mərkəzi Bankının bu ilin fevral ayından tətbiq etdiyi yeni qaydalara görə, yerli bankların avtomobil kreditləri ilə bağlı irəli sürdükləri ağır şərtlərə tab gətirməyən avtosalonları isə qara günlər gözləyir. Bir çox xarici avtomobil markalarının Babək prospektində yerləşən rəsmi diler salonları söküləcək. Qeyd edək ki, rəsmi dilerlərin satış reytinqində Babək prospektində yerləşən avtosalonlar ön sıralarda yer alır. Belə olan halda sözügedən şirkətlərin iflası qaçılmazdır.

Məsələ ilə bağlı söküləcək avtosalonlardan bir neçəsində olub, onların bu məsələyə mövqeyini öyrənməyə çalışdıq. "Nurgün motors", "Performance Center", "Hyundai" kimi avtosalonlar bayram tətili ilə bağlı işləmədiyindən digər salonlara üz tutduq. "336 Avto"dan bizə bildirdilər ki, söküntü ilə bağlı qərar çoxdan verilib. Salonun satış meneceri İbrahim Nəbiyevin sözlərinə görə dövlət tərəfindən burdakı obyektlərin dəyərləndirilməsi aparılıb: "Yəqin ki, kvadrat metrə görə, bizə kompensasiya verəcəklər. Biz dəyərləndirmə komissiyasına da dedik ki, hazırda bizə kvadrat metrinə verəcəkləri 1500 manat sərf etmir. Onsuz da maşın bazarını öldürüblər. Əvvəl ayda 5 maşın satırdıqsa, indi 5 aya güclə 1 maşın satırıq. Bütün sahəni monopoliyaya alıblar. 99-cu ilin maşınına 10 manatlıq bir detal belə gətizdirə bilmirik".

"Badamdartdakı bazarda yer yoxdur"

"Dəniz Avto"dan isə bildiridilər ki, avtosalonların Badamdardakı bazara köçürülməsi planı yersizdir. Şirkətin təmsilçisi Alim İbadova görə, son iki ayda Badamdardakı bazarda bir neçə avtomobil şirkəti rəsmi satış salonlarını bağlayıblar: "Alver yoxdur. Bizi niyə ora göndərirlər ki. Yolun genişləndirilməsi ilə tıxac problemi həll olunmayacaq. Günün pik saatlarında yol polisi əməkdaşları düzgün xidmət aparsa tıxac da olmaz".

Şirkət təmsilçisinə görə, bankların yeni kredit qanunu çıxandan satış dayanıb: "İndi lizinqlə işləyirik. Gördük ki, bu da çıxış yolu deyil. Avtomobillər sürətlə bahalaşır. Köhnə maşınlar da qiymətlənib. Bir sözlə, nə elədilərsə Azərbaycanda avtomobil bazarının ölümünə səbəb oldular. Bazar bundan sonra çətin dirçələr".

Nəqliyyat Nazirliyindən verilən məlumata görə isə tıxacların tez-tez əmələ gəldiyi Babək prospektində yenidənqurma işlərinin aparılması artıq zərurətə çevrilib və yaxın gələcəkdə Babək prospekti ilə Nobel prospektinin kəsişməsində yeni müasir yolun çəkilişi də planlaşdırılır. Bu yoldan istifadə edən sürücülər də prospektin genişləndirilməsinin tərəfdarıdırlar.

Nobel prospektində isə yeni plana görə, əlavə hərəkət zolaqları tikiləcək. Bu zolaqlar avtomobillər üçün deyil, sırf avtobus, metrobuslar və ya tramvay xətti üçün nəzərdə tutulacaq. Ekspertlər hesab edir ki, tramvay və metrobus xətlərinin çəkilişi vətəndaşların ictimai nəqliyyata olan tələbatını daha rahat və təzlükəsiz ödəməklə yanaşı, yollarda yaranan tıxacın da qarşısını alacaq.

Tarix
2014.03.26 / 09:16
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

DİN-dən maşın sahiblərinə xəbərdarlıq: oğurlana bilər

Diqqət: Mobil telefonlar bahalaşa bilər - Video

Yollarda ölümə səbəb olan arakəsmələr - Video

Azərbaycan istehsalı avtomobillər sınaqdan keçirildi

ABŞ dünyanın ən güclü kompüterini yaratdı

“Xəzər” maşınları satışa çıxarılır: qiymətlər açıqlandı - Foto

Maşın bazarında son durum: qiymət...

Qeyri-adi üsul: “Niva”nın önü qalxsın deyə... - Video

7 minə avtobuslar satılır – Hərrac

Komitə dövlət maşınlarını satır - Ucuz

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla