Yuxarı

Avto-kreslo söhbəti bağlandı - Kamran Əliyev

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avto-kreslo söhbəti bağlandı - Kamran Əliyev

Yol polisinin cərimələr haqqında yeni qaydaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, 12 yaşa kimi olan uşaqların avtomobildə gedən zaman xüsusi oturacaqlarda oturması məsələsi sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri qanunun düzgün olmadığını, arxa oturacaqda kifayət qədər böyük olan 10-12 yaşlı uşaqlar üçün xüsusi oturacaqdan istifadənin və buna görə cərimənin düzgün olmadığını qeyd ediblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovdan fərqli olaraq həmkarı Kamran Əliyev Sputnik-ə bildirib ki, arxa oturacaqda uşaqların xüsusi oturacaqlarda daşınmaması üçün xüsusi cərimə tətbiq edilə bilməz:

"Bu qayda qanunvericilikdə mövcud deyil, sadəcə tövsiyə xarakteri daşıyır ki, kimsə öz uşağının təhlükəsizliyini təmin etmək istəyirsə, arxa oturacaqda da uşaqlar üçün xüsusi oturacaqlar quraşdırsınlar. Təkrar edirəm, arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur və bununla bağlı sürücü məsuliyyətə cəlb edilə bilməz".

Daha sonra K.Əliyev vurğulayıb ki, uşaqlar üçün oturacağın quraşdırılması minik avtomobillərinin qabaq oturacaqları üçün mütləq şəkildə nəzərdə tutulur:

"Minik avtomobilində uşaqlar üçün xüsusi oturacaq olmazsa, 12 yaşa kimi olan uşaqların daşınmasına görə inzibati məsuliyyət var. Sürücü ona görə 3 bal və 60 manat cərimə olunur".

Qeyd edək ki, Vaqif Əsədov isə sözügedən qaydanı pozan sürücülərin inzibati məsuliyyətə cəlb olunacağını açıqlamışdı:

“Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər”.

Tarix
2017.02.18 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla