Yuxarı

Yol polisinə kobud davranan sürücü həbs edildi - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisinə kobud davranan sürücü həbs edildi - Foto

Bu gün Bakıda yol polisinə qarşı kobudluq edərək, müqavimət göstərən və nalayiq ifadələr işlədən sürücü həbs olunub.

Avtosfer.az xəbər verir ki, DYP-dən verilən məlumata görə, günorta satlarında "Nissan Maksima" markalı, 90 NE 222 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsində - yolayrıcında park edilib. Orada dayanma-durma qadağan edildiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşı sürücüyə yaxınlaşaraq avtomobili götürməyi tələb edib. Bu zaman avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü İsmixanov Eldar Rasim oğlu DYP inspektoruna qarşı kobudluq edərək nalayiq sözlərlə onu təhqir edib və avtomobili götürməkdən imtina edib. Hadisə yerinə gələn digər YPX əməkdaşları sürücünün sərxoş olduğunu aşkar ediblər. Daha sonra sürücü Səbail rayon 39-cu Polis Bölməsinə aparılıb. Burada toplanmış materiallar Səbail Məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə hakimiyyət nümayəndəsinin qanuni tələbini yerinə yetirməkdən imtina edən sürücü Eldar İsmixanov 10 gün inzibati həbs cəzasına məhkum edilib. Sürücü məhkəmədən birbaşa Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə aparılıb.

Tarix
2017.02.20 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla