Yuxarı

"Formula-1-in Azərbaycanda keçirilməsi əladır"

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Formula-1-in Azərbaycanda keçirilməsi əladır"

Formula-1 maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının sabiq rəhbəri Berni Ekklstoun turnir təqviminin Rusiya və Azərbaycanda yarışlarla genişlənməsinə şad olduğunu bildirib.

Report xəbər verir ki, onun sözlərini "F1i.com" portalı sitat gətirib.

"Mən Macarıstanda yarışları təşkil edəndə, bu, "dəmir pərdə" arxasında baş verdi. Mənim bağladığım müqavilə və sövdələşmələr DTK ilə idi. Mən Avropa çərçivəsindən çıxmaq istəyirdim, axı dünya daha böyükdür. Bax məhz buna görə düşünürəm ki, yarışların Rusiyada, Bakıda və bir çox başqa yerlərdə keçirilməsi əladır", - deyə Ekklstoun bildirib.

"Onlar avropalıların ödədiyi məbləği versəydilər, biz bu ölkələrə gedərdikmi? Mənim cavabım – bəli. Ümid edirəm ki, onlar bunu eşitməyəcəklər və düşünməyəcəklər ki, mən onları soymuşam! Təqvimdə yarışların cəmi 21 sahibi var və onların hamısı razılaşmadan razı görünür", - deyə britaniyalı əlavə edib.

Ekklstoun Formula-1-ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. Məhz britaniyalı yarışları kommersiya baxımından ildə 2 milyard dollardan çox gəlir gətirən uğurlu layihə edib.

Qran-pri Azərbaycanda 2016-ci ildən keçirilməyə başlayıb.

Tarix
2017.03.20 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla