Yuxarı

Qırmızı Ayfon-7 və yeni Aypəd buraxıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırmızı Ayfon-7 və yeni Aypəd buraxıldı

“Əpl” (Apple) şirkəti al-qırmızı rəngdə Ayfon-7, 7 Plus, yeni video proqram və Aypədi satışa buraxıb. Yeni Aypədin satışları martın 24-də başlayacaq.

Xüsusi seriya ilə buraxılan bu smartfonların satışından əldə olunan gəlir QİÇS-lə mübarizə aparan Qlobal Fonda təqdim ediləcək. Təqdim olunan vəsait xüsusulə İİM virusunun yayılmasının qarşısını almaq istiqamətində aparılan tədqiqatlara və proqramlara sərf olunacaq.

"Artıq 10 ildir ki, biz RED layihəsi və onun İİM və QİÇS-lə mübarizə proqramlarını dəstəkləyirik. Bu proqramlar çərçivəsində müayinələr aparılır və məsləhətlər verilir, həmçinin hamiləlik zamanı körpənin virusa yoluxmasının qarşısını alan dərmanlar paylanır", - şirkətin mətbuat buraxılışında bildirilir.

Məlumata görə, iOS üçün yeni video-proqram və 9,7 düym ölçülü displeylə təchiz olunan Aypəd buraxılacaq. Müxtəlif stiker və filtrləri olan Clips video proqramı istifadəçilərə qısa klipləri yükləmək imkanı verəcək.

Bəzi təhlilçilərə əsasən, “Əpl” (Apple) yeni layihəsilə öz istehsalatının etika məsələləri ilə bağlı olduğunu nümayiş etdirməyə çalışır.

QİÇS-lə mübarizə aparan RED layihəsi U2 Bono qrupunun solisti tərəfindən yaradılıb. Şirkətin məlumatına görə, RED məhsullarının satılması nəticəsində 130 milyon dollar xeyriyyə vəsaiti toplanıb.

Tarix
2017.03.23 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla