Yuxarı

Milyonçu oğlunun maşınının nömrəsi neçəyədir? - Şok

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyonçu oğlunun maşınının nömrəsi neçəyədir? -

Mayın 3-də Bakıda gənc qadını vurub öldürən tanınmış biznesmen Füzuli Fərəcovun oğlu Ağəli Fərəclinin idarə etdiyi “Porşe Kayen Maqnum” avtomobilinin 99 BS 999 dövlət qeydiyyat nişanlı nömrəsinin qiyməti bəlli olub.

Avtomobil satışı ilə məşğul şəxslərin Axar.az-a verdiyi məlumata görə, hazırda bu nömrənin qiyməti 100 min manatdır.

“99 ?? 999 nömrəsinin qiyməti 100 mindən başlayır. Əgər seriya qoşa hərfdən ibarətdirsə (BB, SS və s.), onun qiyməti 200 min manatdır, fərqli hərflər olduqda isə 100 min manata satılır”.

Bəs, dövlət nömrəsinin satışını fərdi şəxslər necə həyata keçirə bilirlər?

Avtomobil satışı ilə məşğul olanların sözlərinə görə, adətən, maşını satarkən nömrənin üstündə qalıb-qalmaması ilə bağlı satıcı ilə alıcı razılaşırlar: “Mümkündür ki, şəxs nömrəni özündə saxlayır və alıcısı tapılanda, polisə gedərək, nömrədən imtina etdiyini bildirir, qarşı tərəf isə həmin nömrəni alır və cüzi rüsumunu keçirib öz adına sənədləşdirir”.

Qeyd edək ki, A.Fərəclinin “Porşe” maşınının qiyməti 200 min manatdan başlayır.

Tarix
2017.05.06 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla