Yuxarı

Təhlükə: Bu kadrlar Azərbaycanda çəkilib - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhlükə: Bu kadrlar Azərbaycanda çəkilib - Video

Yolda avtomobil hərəkətdə ola-ola sürücü arxa oturacağa keçir və oradan qapını açaraq yenidən ön oturacağa qayıdır. Nəticədə yolda qəza şəraiti yaratmaqla yanaşı, həm özünün, həm də digər sürücülərin həyatını təhlükəyə atır.

Axar.az "Xəzər xəbər"ə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan və nə vaxt baş verdiyi bilinməyən bu kadrlar digər bir avtomobilin sürücüsü tərəfindən rayonlararası yolların birində qeydə alınıb.

Videodan göründüyü kimi, 90 ZM 554 dövlət qeydiyyat nişanlı CİP marakalı avtomobilin sürücüsü qayda pozur. Bir müddət sükan arxasından uzaqlaşan sürücü arxa oturacağa keçərək oradan yenidən ön oturacağa qayıdır və bununla nəyisə nümayiş etdirmək istəyir.

Bəs belə halda bu sürücünü hansı cəza gözləyir? Video ilə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu halda sürücünü İnzibati Xətalar Məcəlləsinə əsasən yol polisi yalnız 40 manat miqdarında cərimə edə bilər.

Tarix
2017.06.19 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla