Yuxarı

Formula-2-də zəncirvari qəza - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula-2-də zəncirvari qəza - Video

Bakıda keçirilən Formula-2 yarışının VII mərhələsində zəncirvari qəza baş verib.

Report-un məlumatına görə, hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub. Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri maşınlar isə ardıcıllıqla bir-birilərinə girərək yararsız hala düşüblər.

Nəticədə sözgedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trassdan götürülüb.

Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.

Tarix
2017.06.24 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla