Yuxarı

Ağıllı telefonlar bizi ağılsızlaşdırır?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağıllı telefonlar bizi ağılsızlaşdırır?

ABŞ-ın Teqzas Universitetində aparılan araşdırmalar zamanı smartfon tipli telefonların əqli inkişafı, yaddaşı zəiflətdiyi sübuta yetirilib.

Qaynarinfo xəbər verir ki, tədqiqatçılar 800 smartfon istifadəçisi üzərində müşahidələr aparıb, telefonun insan zehninə təsirini araşdırıblar. Təcrübədə iştirak edənlərin sınaqdan uğurlu keçmələri üçün hansısa bir məsələyə diqqət etmələri istənilib. Sınaqların ilkin mərhələsində onlardan müəyyən bir zaman müddətində bir informasiyanı yadda saxlamaq və onu icra etmək tələb olunub. İştirakçılara bunun üçün telefonlarını üzü üstə masanın üzərinə, çantalarına, ciblərinə və ya başqa bir otağa qoyublar. Bu zaman telefonlar səssizə alınıb.

Araşdırmalara zamanı telefonlarını başqa bir otağa qoyanların, masanın üzərinə qoyanlardan daha yaxşı nəticə göstərdikləri məlum olub. Bu qrup smartfonlarını ciblərinə və çantalarına qoyanlardan da nisbətən yaxşı nəticə göstəriblər.

Universitetin professoru Adrian Vard bu prosesi belə izah edib:

"Şüurlu zehin həmin anda smartfon telefonları düşünmür, amma bir şeyi düşünməmək üçün lazım olan müddət belə beynimizin idrak yerindən bir hissəni tutur. Bu səbəbdən beyin köçü reallaşır. Yəni sadəcə telefon bunun baş verməsi üçün yetərlidir".

Başqa bir təcrübədə də insanların telefonlarına bağlılığının yaddaş tutumuna təsiri öyrənilib. İştirakçılardan yenə telefonlarını masanın üzərinə, çantalarına, ciblərinə və digər bir otağa qoymaları tələb edilib, lakin bu dəfə telefonlar tamamilə söndürülüb. Yenə də eyni nəticə əldə edilir. Professor bu məsələni isə belə şərh edib:

"İştirakçıların diqqəti telefonlarına gələn bildirişlər səbəbindən yayınmadı. Öyrəndik ki, telefonların varlığı belə zehni imkanlarının zəifləməsinə bəs edir".

Tarix
2017.07.09 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla