Yuxarı

Bunu etsəniz, maşınınız alışa bilər – Xəbərdarlıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu etsəniz, maşınınız alışa bilər –

İsti yay günlərində bəziləri avtomobilin kondisioneri işləsin deyə, mühərriki işlək vəziyyətdə qoyaraq, avtomobili park edir. Hətta bəziləri belə avtomobili uzun müddətə tərk edib gedir. Bu həm qanunsuzdur, həm də çox təhlükəli.

Axar.az xəbər verir ki, bu sözləri “Digesta” firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov yayda avtomobilin maşında kondisionerin açıq vəziyyətdə qoyulmasının fəsadları barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, qəbul edilmiş qaydalar sürücünün mühərriki işləyən avtomobili tərk etməsini qadağan edir:

“Bu, çox təhlükəlidir. Çünki hər şey ola bilər. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də bədbəxt hallarla bağlıdır”.

Ə.Hüseynovun sözlərinə görə, hərəkətsiz halda mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər:

“İstehsalçı zavodların əksər avtomobillərə mühərriki işlək avtomobilin qapılarını bayırdan kilidləmək funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli, elektrik sisteminə müdaxilə edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur”.

Ekspert deyir ki, ekoloji ziyan da göz qabağındadır:

“Dayanan avtomobilin mühərrikində normal yanma getmir. Dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılar tədricən zəhərlənir, avtomobilin özündə olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə tez-tez belə hallar baş verir. Belə hallarda avtomobilə texniki zərər də dəyir”.

Tarix
2017.07.10 / 23:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla