Yuxarı

Bu şirkətlər dizel ilə işləyən avtomobil istehsalını dayandırır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şirkətlər dizel ilə işləyən avtomobil istehsalını dayandırır

Avtomobil bazarında ənənəvi motorlar dövrü öz yerini elektrikli motorlara verməyə başlayıb. Bir çox avtomobil şirkətindən sonra bu dəfə də məşhur alman avtomobil şirkəti "Porşe" yeni istehsal etməyə başladıqları dizel modellərinin son dəfə olacağını bildirib.

Report xəbər verir ki, bu barədə "Porşe"nin baş icraçı direktoru Oliver Blume deyib.

Qeyd edək ki, bir qədər əvvəl "Volvo" şirkəti də 2019-cu ildən etibarən ancaq elektrikli motorlu avtomobil istehsal edəcəyini bildirib. Həmçinin dünən "Mersedes" şirkəti 2 mln. ədədə yaxın istismarda olan dizel motorlu avtomobilini zərərli tullantı norması yüksək olduğu üçün geri çağırıb. Şirkət zərərli tullantıların normasını azaltmaq üçün 220 mln. avro (253 mln. ABŞ dolları) xərcləyəcəyini bildirib.

Xatırladaq ki, belə bir problem 2015-ci ildə Almaniyanın "Volksvagen" şirkəti ilə baş verib və o zaman şirkət 4,3 mlrd. dollar cərimə olunub.

Tarix
2017.07.19 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla