Yuxarı

Ayfon-8 smartfonunun təqdimatı təxirə salındı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayfon-8 smartfonunun təqdimatı təxirə salındı

“Əpl” şirkəti istifadəçilərin səbirsizliklə gözlədiyi yeni Ayfon-8 smartfon modelinin təqdimatını oktyabradək təxirə salıb.

Azərtac xəbər verir ki, məlumata görə, buna səbəb kimi smartfonun hazırlanmasında proqram təminatının simsiz enerjidoldurmaya uyğun gəlməməsi ilə əlaqədar yaranan nasazlıqlar göstərilir. Şirkətin bir aylıq təxirə salma müddətinin modernləşdirmə və nasazlıqların aradan qaldırılması işlərinə sərf edəcəyi ehtimal olunur.

Bildirilir ki, bundan əvvəl yeni qurğunun avqustda ənənəvi təqdimatda nümayiş olunacağı planlaşdırılsa da, Ayfon-8 əvəzinə, “Ayfon SE” modelinin nümayişi gözlənilir.

Ekspertlərin Ayfon-8 smartfonunun ümumiyyətlə buraxılmayacağını proqnozlaşdırmalarına baxmayaraq, “Ayfon SE” modelinin dünyada, xüsusilə Hindistan bazarında populyarlıq qazanacağına böyük ümidlər bəslənilir.

“Ayfon SE” smartfonunda edilən dəyişikliklər arasında yaddaş tutumunun artırılması, eləcə də qiymətinin ucuzlaşdırılması qeyd olunur. Qurğunun əvvəlki qiyməti 489 avro nəzərdə tutulsa da, hazırda 399 avroya endirilib.

Tarix
2017.07.22 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla