Yuxarı

Kompüterlər “bədən dili”ni oxumağı öyrəndilər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kompüterlər “bədən dili”ni oxumağı öyrəndilər

ABŞ-ın Karnegi Mellon Universitetindən olan tədqiqatçılar qrupunun hazırladığı yeni proqram “bədən dili”ni oxumağa imkan verir. Proqramın alqoritmləri real vaxt rejimində üz ifadəsi, baş və bədənin mövqeyi, ayaq və əllərin bütün barmaqlarını təhlil edir. Bu proqram daxili səthində 500 videokameranın quraşdırıldığı, ikimərtəbəli günbəzlərdən ibarət “Panoptic Studio” adlı binanın avadanlıqlarının köməyi ilə hazırlanıb.

Azərtac xəbər verir ki,“Panoptic Studio”nun 500 kamerası bir kadr çəkərkən belə böyük miqdarda informasiya istehsal edir. Belə bir vizual informasiya massivinin analizi üçün əhəmiyyətli hesablama resursları tələb olunur. Bu səbəbdən tədqiqatçılar yüksək keyfiyyətli 31 videokameranın məlumat axınlarının analizi ilə kifayətlənməli olublar.

Tədqiqatçılar sistemin işləməsi üçün bir noutbuk və kamera kifayət etsin deyə sistemin proqram kodunu emal etmək niyyətindədirlər. Bu halda, sistem yalnız bir insanın bədən dilini yox, bir-biri ilə əlaqədə olan bir qrup insanın bədən dilini deşifrə edə biləcək.

Bəzən çoxsaylı insanların video çəkilişi zamanı bu və ya digər bədən hissəsinin kimə aid olduğunu müəyyən etmək mümkün olmur. Tədqiqatçılar belə bir problemi aradan qaldırmaq üçün əks analiz metodunu tətbiq ediblər. Beləliklə, sistem təsvirdə bədənin ayrı-ayrı hissələrini müəyyən insana “bağlayır”.

Tarix
2017.07.25 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla