Yuxarı

"Qalaksi Not-8" ən yaxşı mobil qurğu olacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qalaksi Not-8" ən yaxşı mobil qurğu olacaq

"Samsunq Elektroniks" şirkəti sərmayədarlarla rüblük maliyyə nəticələrinə həsr edilən konfransda "Qalaksi Not-7" modelini əvəz edəcək smartfonun buraxılışı ilə bağlı fikirlərini bölüşüb.

Azərtac xəbər verir ki, Cənubi Koreya istehsalçısının marketinq direktorunun sözlərinə görə, "Samsunq Qalaksi Not-8" multimedia kontentindən istifadə üçün ən yaxşı mobil qurğu olacaq. O qeyd edib ki, "Samsunq Qalaksi Not-8" smartfonu əvvəlki modellərlə müqayisədə daha təkmil və zəngin multimedia imkanları ilə təchiz ediləcək.

Bildirilir ki, "Qalaksi Not-8" Cənubi Koreya istehsalçısının ilk qoşa kameralı smartfonu ola bilər. Qurğunun kamerası 12 meqapikselli enlibucaqlı modula və 13 meqapikselli telefoto moduluna malik olmaqla birlikdə üçqat optik zummeri təmin edəcək. Qeyd edək ki, "Ayfon-7 Plus" modeli də analoji konstruksiyaya malikdir. Bundan əlavə, akkumulyator tutumu 3300 milliamper/saata bərabər olacaq smartfon "Android 7.1.1 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Şirkət rəsmən təsdiq edib ki, smartfon avqustun 23-də Nyu-Yorkda keçiriləcək tədbirdə təqdim ediləcək. Satışlara bir ay sonra başlamaq planlaşdırılır.

"Qalaksi Not-8" modeli "Samsunq" şirkətinin ən bahalı smartfonu olacaq. Belə ki, qurğunun qiyməti Cənubi Koreyada təxminən 1000 dollar, Avropa, Cənubi və Şimali Amerikada 1100 dollar təşkil edəcək.

Tarix
2017.07.30 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev WUF13-ün açılış mərasimində iştirak edir - Canlı

Baş direktor: Bakıya bunu qeyd etmək üçün gəlmişik

Gürcüstanın baş naziri Azərbaycana gəldi

Trabzon və Şuşa şəhərləri qardaşlaşacaq

WUF13 dünya mediasının diqqət mərkəzində - Foto

WUF13-ün ikinci günü: bu məsələlər müzakirə ediləcək

İqor Sergeyenko da Bakıya gəldi

Onlar Azərbaycana yalvarırlar! – Vuçiç

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla