Yuxarı

Votsap, Viber və Teleqram istifadəçilərinin diqqətinə!

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Votsap, Viber və Teleqram istifadəçilərinin diqqətinə!

Rusiyanın “Voximplant” şirkəti tərəfindən hazırlanmış proqram məhsulu müxtəlif messencerlərdə yazışmanı vahid çatda birləşdirməyə imkan verir. Məhsul biznes üçün nəzərdə tutulub və müştərilərlə intensiv yazışmanı təmin etməlidir. Həmin proqram messencer deyil. Proqramçılar öz həllini “messencerlər üçün Uber” adlandırıblar.

Axar.az xəbər verir ki, proqram təminatının hazırlanmasına təxminən bir il vaxt sərf edilib. “Voximplant” şirkətinin mətbuat xidmətindən bildiriblər ki, bu həllin yekun dəyərini hesablamaq çətindir. Çünki layihə komandası API üzərində tam iş günü işləməyib. Məhsulun artıq sifarişçiləri var, lakin onların adları gizli saxlanılır.

Yeni proqramın yaradıcıları qeyd edirlər ki, bir çox şirkətlər gün ərzində müştərilərdən minlərlə mesaj alırlar. Həmin şirkətlərin əməkdaşları bu mesajları “əllə” emal etməli olur, yəni müxtəlif messencerlər arasında keçid edirlər və eyni zamanda, ümumi mesaj bazası yaratmalı olurlar. “Voximplant” şirkətinin nümayəndələri əmin edirlər ki, şirkət əməkdaşları gündəlik bu işlərə 1,5 saat vaxt sərf edirlər.

“Voximplant” şirkətinin həlli messencer, sayt və ya smartfon vasitəsilə göndərilmiş mesaj və zəngləri qəbul edir və onları əlaqə mərkəzinin əməkdaşları üçün növbə şəklinə salır. Növbə həm əllə, həm də avtomatik yaradıla bilər. Mesajlar həm ani, həm də təxirə salınmış kimi göndərilə bilər. Platforma Votsap, Viber və Teleqram messencerlərini dəstəkləyəcək.

Proqramçılar qeyd edirlər ki, onların həllindən istifadə kompüter və ya başqa qurğuya yüklənməni azaldır.

Tarix
2017.08.17 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı mühüm detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla