Evdəki cihazlarınıza nəzarət edəcək, təzyiqinizi ölçəcək
"Ayfon" yeni İOS 8 platformasını təqdim edib.
Axar.az xəbər verir ki, "Əpl" aylardır gözlənilən yeni əməliyyat
sistemi İOS8-in təqdimatını keçirib.
Dünən San Fransiskoda keçirilən təqdimatda və İOS8-lə yanaşı
"Mak" əməliyyat sistemi "Yosemite"nin təqdimatına 69 ölkədən 6000
iştirakçı qatılıb.
Təqdimat zamanı bu sistemdə "Home Kit" və "Health kit" kimi
tətbiqlərinin olması və fərdi sağlamlıq assistenti funksiyası
yerinə yetirəcəyi bildirilib:
"Bundan sonra "Health kit" proqramı vasitəsilə sağlamlıq
məlumatlarınızı anbaan təqib edə biləcəksiz. Proqram təzyiqinizi
ölçüb nəbz məlumatlarınızı yazmaqla bərabər çəkinizi də daim
nəzarətdə saxlayacaq. Əgər vücudunuzda hər hansı bir problem və
xəstəlik yaranarsa, proqram dərhal almanız gərəkən dərmanları sizə
xatırladacaq".
Bundan əlavə bu İOS8 sayəsində evinizdəki elektron cihazları
idarə etmək kimi imkanınız olacaq.