Yuxarı

Ən yaxşı ekrana sahib smartfon açıqlandı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən yaxşı ekrana sahib smartfon açıqlandı

“DisplayMate” mütəxəssisləri müxtəlif smartfonların ekranlarını sınaqdan keçirərək ən mükəmməl ekrana sahib telefonu müəyyən ediblər.

Axar.az xəbər verir ki, “Samsunq Qalaksi Note 8” telefonu mütəxəssislər tərəfindən rekord sayda bal toplayıb.

“Qalaksi Note 8”, 1440 pikseldən 2960 pikselə qədər yüksəldilmiş, əyri forması olan 18.5:9 nisbətində 6.3 düym “Super Amoled” ekrana malikdir. Şirkətin nümayəndələri xüsusilə qeyd ediblər ki, ekranın ətrafında çərçivələrin olmaması smartfonun maksimal kompaktlığına nail olmağa və bir tərəfdən də onun tək əllə istifadəsini asanlaşdırmağa imkan verib.

“Samsunq”un yeni flaqman modeli ən yüksək ekran parlaqlığına malikdir – 1200 nit. “DisplayMate” tədqiqatçılarının dediyinə görə, sınaqdan keçirdikləri modellər arasında Note 8 ən innovativ və yüksək göstəricilərə sahib ekranla lider olub.

Galaxy Note 8 ekranı yüz faiz rəngli qamma DCI-P3c-ni dəstəkləyir və UHD Alliance və Mobile HDR Premium sertifikatlarına malikdir. Cihaz 4K UHD Premiumu dəstəkləyən televizorlar üçün nəzərdə tutulmuş məzmunu asanlıqla canlandıra bilər.

“Qalaksi Note 8 Qualcomm Snapdragon 835” yüksək prosessoru əsasında işləyir və 6 GB RAM ilə təchiz olunub. Note 8, 12 meqapikselli 2 moduldan ibarət olan əsas kamera ilə təchiz olunan ilk Samsung smartfonu olub. Bundan əlavə, cihaz 8 meqapikselli ön sensorla təchiz edilmişdir.

İstifadəçilər artıq Samsung şirkətinin rəsmi internet səhifəsində “Qalaksi Note 8” üçün əvvəlcədən sifariş də verə bilərlər. Cihaz üç rəngdə mövcud olacaq: "qara almaz", "mavi safir" və "sarı topaz".

Tarix
2017.08.31 / 01:26
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla