Yuxarı

Diqqət: bu sürücülər 4 bal, 60 manat cərimə olunacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqət: bu sürücülər 4 bal, 60 manat cərimə olunacaq

Dövlət qeydiyyat nişanları ilə bağlı standartlar var. Defis yoxdursa və yaxud başqa rəngdədirsə, bu o deməkdir ki, standart pozulub. Əgər dövlət nömrə nişanı qeyri-standart olarsa, sürücü 60 manat və 4 bal ilə cərimə olunur.

Bu sözləri Axar.az-a “Digesta” hüquq firmasının direktoru, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, defisin olmaması radara düşməmək üçün əsas deyil:

“Bəzən elə sürücülər var ki, radara düşməmək üçün hərfləri də dəyişirlər. Bu çox təhlükəlidir. Düzdür, indi texnologiyalar buna imkan vermir. Belə bir halın olması mümkün deyil. Həmçinin defisin pozulması təhlükəsizlik üçün də heç bir əhəmiyyət daşımır. Əslində o defis elementar bir şeydir. Onun nə yaxşı, nə də pis cəhəti var. Şahid olmasam da, sürücülərdən bu barədə maraqlanmaq istəyəndə bəziləri dəfələrlə bildiriblər ki, dövlət yol polisi onlara nömrəni bu formada verib. Buna görə, nömrə verilən zaman gərək standarta uyğun olsun, əks təqdirdə sürücü məsuliyyətə cəlb oluna bilər”.

Qeyd edək ki, ötən gün DİN Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahiblərinə və sürücülərə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verib. İdarədən bildiriblər ki, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər hətta inzibati məsuliyyətə cəlb ediləcək.

Tarix
2017.10.13 / 15:27
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla