Yuxarı

Azərbaycanlılar LADA-nı ruslardan çox sevir - Reytinq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar LADA-nı ruslardan çox sevir - Reytinq

Britaniyanın “Park İndiqo” agentliyi dünya ölkələrində ən çox istifadə edilən avtomobillərin siyahısını hazırlayıb.

Axar.az xəbər verir ki, siyahıda ilk yeri “Toyota Hilux” pikapı tutub. Belə ki, bu avtomobil dünyanın 25 ölkəsində ən çox satılanlar arasında ilk yerdə qərarlaşıb. İkinci yerdə “Volksvagen Qolf” gəlir. O, daha çox Avropa ölkələrində liderlik edib.

Üçüncü yeri isə “Toyota Lənd Kruizer” tutub. Bu avtomobilə ən çox Afrika və Yaxın Şərq ölkələrində ehtiyac olub.

Agentliyin reytinqində Azərbaycan da yer alıb. Belə ki, 2017-ci ildə Azərbaycanda ən çox satılan avtomobil LADA 4x4 olub. Agentliyin siyahısına düşən qonşumuz Rusiyada ilk yerə “Hyundai Solaris”, Türkiyədə isə “Fiat Egea” layiq görülüb.

Postsovet məkanında yeganə olaraq Azərbaycanda Rusiya istehsalı olan avtomobil liderlik edib. Azərbaycandan fərqli olaraq, Qazaxıstan və Qırğızıstanda “Toyota Kəmri”yə, Türkmənistanda “Mersedes C Klas”a, Özbəkistanda “Daevo Neksia”, Ukraynada “Toyota RAV 4”, Moldovada “Dacia Logan”, Belarusda “Volksvagen Polo”, Estoniyada “Şkoda Oktavia”, Latviyada “KİA Sporteyc”, Litvada “FİAT 500”-ə üstünlük verilib.

Ermənistan, Gürcüstan və Tacikistan bu siyahıya düşməyiblər.

Tarix
2017.11.07 / 13:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla