Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Azərbaycanda heyrətamiz maşın: uçur, üzür... - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənclər avtomobili, təyyarəni, vertolyotu, qayığı və sualtı qayığı özündə birləşdirən yeni növ "Tezuçar" adlı nəqliyyat vasitəsinin layihəsini yaradıblar.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a "Tezuçar" layihəsinin rəhbəri Tural İsmayılzadə məlumat verib.

O bildirib ki, “Tezuçar”ın hərbi məqsədlərdə və sərnişindaşımada istifadəsi mümkündür. T.İsmayılzadənin sözlərinə görə, layihənin məqsədi insanların hərəkətini daha da asanlaşdıran, səyahətlərini həm zaman, həm də maddi baxımdan daha səmərəli edən, sərfəli, təhlükəsiz, ekoloji sistemə zərərsiz nəqliyyat vasitəsinin yaradılmasıdır.

“Tezuçar”ın ümumi uzunluğu 10 metr, qanadlarla birgə eni 12 metr, qanadlar transformasiya olduğu halda eni 2,8 metr, hündürlüyü isə 2,6 metrdir. Nəqliyyat vasitəsinin yüklənməmiş çəkisi 6 ton, sərnişindaşıma gücü 2 ton, yükdaşıma gücü 3 ton və texniki təchizat tutumu 5 ton olmaqla, ümumi çəkisi 16 ton hesablanır”, – deyə layihə rəhbəri bildirib.

Yeni yaradılacaq nəqliyyat vasitəsi 16 sərnişin və 2 heyət üzvü olmaqla ümumilikdə 18 nəfərlik tutuma sahibdir.

"Tezuçar" istər quruda, istər havada, istər də suda olarkən rahatlıqla bir vasitədən digərinə transformasiya oluna bilir. Bunun üçün prototip 8 sektora ayrılaraq hərəkətli və sabit dayanıqlı konstruksiyadan hazırlanacaq. Sərt konstruksiya metal gövdədən, hərəkətli mexanizmlər isə kompozit və qrafindən hazırlanaraq yüngül, elastik və sərt material ilə çəkinin və sürtünmənin azaldılması, müqavimətin çoxaldılması və sürətin artırılması hədəflənir.

Layihə rəhbəri qeyd edir ki, "Tezuçar"ın kəskin əyilmə bucağı 35º olacaq və maksimumda əks-güc stabilləşmə aparmağa kömək edəcək, bununla da havada külək, dənizdə isə su axının təsiri azaldılacaq.

"Tezuçar"da biri kontroller olmaqla 8 ədəd sabit mühərrik qutusu yerləşir. Bundan əlavə, 6 ədəd qaldırıcı, 1 ədəd sürətləndirici və 4 ədəd su çevirici pərlərə, həmçinin 3 rejimli 2 ədəd qanada və tək rejimli quyruğa sahibdir. Bu mexanizmin köməyi ilə nəqliyyat vasitəsinin bir evin bağçasına və ya küçəyə enməsi, şaquli və vertikal qalxma və enmə əməliyyatları həyata keçirməsi mümkün olacaq" – deyə o qeyd edib.

İsmayılzadənin sözlərinə görə, yeni nəqliyyat vasitəsinin yaradılmasına və ilkin sınaqların həyata keçirilməsinə 2018-ci ilin əvvəllərindən başlanılması nəzrədə tutulub. Amma layihənin davam etdirilməsi üçün investisiya dəstəyinə ehtiyac var.

Tarix
2017.12.30 / 02:01
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Diqqət: Mobil telefonlar bahalaşa bilər - Video

Yollarda ölümə səbəb olan arakəsmələr - Video

Azərbaycan istehsalı avtomobillər sınaqdan keçirildi

ABŞ dünyanın ən güclü kompüterini yaratdı

“Xəzər” maşınları satışa çıxarılır: qiymətlər açıqlandı - Foto

Maşın bazarında son durum: qiymət...

Qeyri-adi üsul: “Niva”nın önü qalxsın deyə... - Video

7 minə avtobuslar satılır – Hərrac

Komitə dövlət maşınlarını satır - Ucuz

Bu türk ölkəsi pilotsuz maşınlar istehsal edəcək

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla