Yuxarı

Avtoşlara şad xəbər: Bu ərazilər sizin üçündür - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtoşlara şad xəbər: Bu ərazilər sizin üçündür - Video

Son iki gündə ölkədə yaddaqalan hadisələr içərisində Bakıda yol polisinin başağrısna çevrilən avtoxuliqanın saxlanması görüntüləri də olub.

Axar.az xəbər verir ki, ARB-nin "Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Sözügedən videosujetdə paytaxtın inzibati ərazisində 23 yol polisinin təqibi ilə saxlanılan film kimi bu hadisənin görüntüləri sosial medianın gündəminə çevrilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 33 yaşlı paytaxt sakini Ramin Ağasıyev tanışına məxsus maşınla kobud qayta pozuntusuna görə saxlanılmasına cəhd edilsə də, sürücü buna məhəl qoymayıb. Nəticədə uzun təqibdən sonra süni tıxac vasitəsilə saxlanılıb.

Bu hadisə illər öncə irəli sürülən bir məsələni - sürücülər üçün xüsusi meydançanın və ya ərazinin ayrılmasını yenidən aktual edir. Cəmiyyət tərəfindən etirazla qarşılanan avtoşlarla bağlı səslənən sərt çıxışlar sonda qanunda ciddi dəyişkiliklərə gətirib çıxardı.

Avtoxuliqanlarla bağlı fikir bildirən millət vəkili Fazil Mustafa, əsasən, bu qəzalara səbəb kimi gəncləri görür:

"Avtoxuliqanlarla məşğul olanlar, əsasən, gənclərdir. Yaşlı insanlar hər halda xuliqanlıq etmirlər. Avtomobillərini ictimai səviyyəni pozacaq qaydada idarə etmirlər. Bunun səbəbi nədir? Səbəbi odur ki, başqa sahələrə gənclərin yönləndirilməsinə ehtiyac var”.

Ekpertlərin fikrincə, illər öncə bu kimi hərəkətlərə yol verən sürücülərə rəğbət bəslənsə də, indi vəziyyət tamam fərqlidir.

Ekspert Elməddin Muradlı deyir ki, insanlar avtoxuliqanlıq videoları görəndə bir az təəccüblə yanaşırlar:

"5 il bundan qabaq tamam başqa cür idi. Buna adi hal kimi baxırdılar. Çünki Bakının hər küçəsində, hər yolunda belə hallar baş verirdi. Artıq təhlükəsizlik kamerlarının quraşdırılması, yol polisinin bu sahəyə nəzarətinin gücləndirilməsi belə deyək, yaxşı nəticə verdi”.

Avtomobil həvəskarları da şəhərdə avtoşluq etməyə yaxşı baxmır. Amma onlar adrenalin dolu bu hərəkətləri etmədən qala da bilmirlər.

Ekspert Elməddin Muradlı Bakı şəhərində belə bir yerin olduğunu deyir:

"Bakı Olimpia Kompleksinin ərazisində bu kimi tədbirlər keçirilir. Təhlükəsizlik şərtlərinə əməl etməklə orada müəyyən abrierlər quraşdırılır, təkərlərdən mühafizə səddi qoyulur və digər elementlərə diqqət yetirməklə sürüş təlimləri keçirilir”.

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra bu kimi əməllərə yol verən sürücülərə qarşı sərt qərarlar çıxarılıb.

Avtoşluq bir xəstəlik, bir hiss, bir adrenalin ola bilər. Amma insan həyatını təhlükəyə atacaq qədər vacib əməl sayıla bilməz. Bunun üçün də risk etməyə dəyməz. Ən azından sağlam həyat və sağlam cəmiyyəti düşünmək yetər.

Tarix
2018.01.25 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla