Yuxarı

Nazirlik qərar verdi: telefonlara daxil olan tətbiq...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 milyard 600 milyondan çox telefon nömrəsinin yerləşdirildiyi və Azərbaycanda da geniş istifadəçi kütləsinə malik olan “Getkontakt” mobil tətbiqinin Azərbaycanda istifadəsinə qadağa qoyulub.

Məsələ ilə bağlı Axar.az-a danışan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda internet resurslarının bağlanmasının bəlli qaydaları var. Əgər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan ərazisində sözügedən tətbiqin istifadəsini məhdudlaşdırıbsa, bunu əsaslandırmalıdır:

“Ötən ilin mart ayında İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi qanununda internet resurslarının bağlanması ilə bağlı dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlətçilik əleyhinə təbliğat, terrorizm, irqçilik, uşaqların təhlükəsizliyi və s. məsələlərlə bağlı hər hansı internet resursunun Azərbaycan ərazisində bağlanması üçün səlahiyyətlər verilib. Qanunvericiliyin tələblərinin pozulması müəyyən olunarsa, nazirlik həmin resurslara girişi dayandıra bilər”.

Ekspertin sözlərinə görə, tətbiqin istifadəsi zamanı şəxsi informasiyaların icazəsiz şəkildə başqalarına ötürülməsi ilə bağlı müəyyən məqamlar olsa da, bu problemin bütövlükdə cəmiyyəti əhatə etməsi və dövlət üçün təhlükə yaratması barədə əvvəlcə aidiyyəti dövlət qurumları rəy verməlidirlər:

“Hesab edirəm ki, burada hər hansı vətəndaşın özəl həyatı ilə bağlı müəyyən risklər var. Lakin qanunvericiliyə görə, proqram cəmiyyət üçün risk törətmirsə, məhkəmənin qərarı olmadan bağlanması düzgün deyil. İnternet resurslarının bağlanması ilə bağlı bəlli prosedurlar varsa, nazirlik də buna əməl etməlidir.

Əgər sözügedən proqram adi qaydada bağlanıbsa, müxtəlif anonim serverlər vasitəsilə həmin proqrama giriş yenə də mümkün olacaq. Ölkəmizdə bağlanmış kifayət qədər saytlar var ki, istifadəçilər müxtəlif yollarla həmin saytlara daxil ola bilirlər. Fikrimcə, bağlanmış saytların qara siyahısı tərtib olunmalı və “Getkontakt” bu siyahıya əlavə edilməlidir. Beləliklə, “Getkonakt.com” yazanda bildiriş çıxmalıdır ki, bu proqram nazirliyin qərarı ilə bağlanılıb”.

Qeyd edək ki, NRTYN “getkontakt” istifadəçilərinə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

Tarix
2018.02.07 / 16:49
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla