Yuxarı

Yol polisindən sürücülərə müraciət: cərimə...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, istehsal ili 2007-ci ilədək (2007-ci il daxil olmaqla), 2009-cu, 2011-ci və 2013-cü illər olan bütün növ mexaniki nəqliyyat vasitələrinin texniki baxışı davam edir.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı yaydığı müraciətdə qeyd olunub.

“VAZ, QAZ, “Moskviç”, ZAZ, UAZ markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddətinin yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilməsi və bu vaxtadək texniki baxışa təqdim olunmalı avtomobillərdən cəmi 21%-nin baxışdan keçməsini nəzərə alaraq, aprel ayında yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avdanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri, o cümlədən bayram günləri də fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər.

Tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər.

İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslərin 50 manat miqdarında, vəzifəli şəxslərin 100 manat miqdarında, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur” – müraciətdə bildirilir.

Tarix
2018.03.15 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla