Yuxarı

Milyonlarla Ayfon istifadəçisi təhlükədə - Yeni cihaz

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayfonların şifrəsini qırmaq üçün istehsal olunan "GrayKey" adlı cihaz satışa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, FTB 2015-ci ildə San-Bernardino şəhərində törədilən teraktdan sonra şübhəlilərdən birinin Ayfonunu açmaq üçün "Əpl"dən kömək istəmişdi. Lakin şirkət milyonlarla istifadəçisinin təhlükəsizliyi üçün iOS-da arxa qapı açmaqdan imtina etmişdi. Bundan sonra FTB təhlükəsizlik şifrəsini "Cellebrite" şirkətinin köməyi ilə açmışdı.

Elektrotexnika bazarında Ayfon, Aypad və Aypod kimi iOS proqramlı cihazların təhlükəsizlik kodunu qıra bilən "GrayKey" adlı cihaza rast gəlinib. Bu cihaz ABŞ-ın Corciya ştatında yerləşən "Grayshift" adlı bir şirkət tərəfindən ixtira olunub.

"Graykey" 2017-ci ildə hazırlansa da, bu vaxta qədər çoxları ondan xəbərsiz olub, lakin bu ayın əvvəlində "Forbes" dərgisi Ayfonun şifrəsini qıra bilən cihaz barədə geniş məlumat yayımlayıb. Məlumatda sözügedən şirkətin "Əpl"in keçmiş təhlükəsizlik mütəxəssisi və ABŞ kəşfiyyat rəhbərləri tərəfindən idarə edildiyi qeyd olunub.

Cihazın istifadəsi çox asandır. Belə ki, iki başlıqlı naqili olan cihazın vasitəsilə 4 rəqəmli şifrəni 2-3 saata, 6 rəqəmli şifrəni isə bir az daha uzun müddətə qırmaq olur.

Sözügedən cihazın son model Ayfon-X-ı belə aça bildiyi qeyd olunur. Cihaz 2 fərqli formada satışa çıxarılıb. Birinci model internetə bağlı çalışır və başqa bir yerə aparıla bilmir, həmçinin sadəcə 300 dəfə kod qıra bilir. Onun qiyməti 15 min dollardır. Digər model isə müddətsiz çalışır ki, onun qiyməti 30 min dollardır.

Mütəxəssislər bu cihazların yanlış insanların əlində olmasından qorxurlar. Çünki bununla oğurluq telefonların belə qısa zamanda kodunu dəyişib satışa çıxarmaq mümkündür. Bu isə o deməkdir ki, milyonlarla Ayfon istifadəçisi təhlükədədir.

Tarix
2018.03.18 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla