Yuxarı

Yeni və ucuz internet gəldi: 1 anda 20 film yükləmək olur

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni və ucuz internet gəldi: 1 anda 20 film yükləmək olur

Lay-Fay (Light Fidelity) internetə giriş üçün yeni bir texnologiyadır. Bu texnologiyanın üstünlüyü Vay-Faydan ucuz və daha sürətli olmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz lay-fayla bağlı yeni məlumatları şərh edərkən deyib. O bildirib ki, ucuz və sürətli olması ilə yanaşı, bu texnologiyanın bir sıra mənfi xüsusiyyətləri də var:

“Lay-Fayın özəl cəhəti onun işıq dalğaları ilə işləməsidir. Loru dildə desək, “lampanı yandır, internetə daxil ol”. Bu texnologiyanın tətbiqində bəzi problemlər var ki, onlardan başlıcası da günəş işığına həssas olmasıdır. Qapalı şəraitdə Lay-Fay Vay-Faydan bəlkə də üstündür. Ancaq açıq fəzada, gündüzlər Lay-Fayla internetə qoşulduqda problemlər yaranır. Digər bir mənfi cəhəti isə lapmanın işığı bir divarlardan, o biri tərəfə keçə bilmədiyi üçün Lay-Faydan yalnız bir otaqda istifadə etmək imkanıdır. Digər otaqlarda da bu texnologiya ilə internetə daxil olmaq üçün şəbəkə qurmaq lazımdır”.

Osman Gündüz Lay-Fay üçün lisenziyaya ehtiyac olmadığını bildirib:

“Bu texnologiya müsbət istiqamətdə addım-addım inkişaf edir. Lay-Fayda tezlik olmadığı üçün lisenziyaya da ehtiyac olmur. Ola bilər ki, yeni texnologiya yaxın gələcəkdə istifadə oluna bilər. Məndə olan məlumata görə, Azərbaycanda bu internet növündən hələlik istifadə edilmir”.

Qeyd edək ki, 1 saniyədə 20 film və ya 10-15 arası böyük həcmli AAA tipli oyunların yüklənməsinə imkan verən Lay-Faydan artıq “Filips” şirkəti istifadə etməyə başlayıb.

Tarix
2018.03.30 / 00:09
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla