Yuxarı

Yeni Ayfon telefonları neçəyə satılacaq?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni Ayfon telefonları neçəyə satılacaq?

Ən bahalı Ayfon artıq Ayfon-X olmayacaq.

Əpl (Apple) şirkəti böyük ümidlərlə bazara çıxarılan Ayfon-X flaqmanından gözlədiyini tam əldə edə bilmədi. Məhsulun yüksək qiymətlə bazara çıxarılması da tənqidlərə məruz qalmışdı. Hətta şirkətin məhsullarının qiymətini azaltmaq üçün təchizatçı şirkət "Samsunq" ilə danışıqlara başladığı da deyilir. Amma ən bahalı Ayfon modellərinin 2018-ci ildə gələcəyi barədə iddialar səslənir.

Qaynarinfo.az-ın məlumatına görə, UBS analitikləri Steven Milunoviç və Benjamin Uilson tərəfindən bəyan edilən proqnozlara əsasən, orta satış qiymətləri analizlərinə görə, şirkətin 2018-ci il yeni modelləri 1100 dollara satışa çıxarıla bilər. Hələ üstəlik vergiləri və rüsumları da bu qiymətə əlavə etsək, qiymətin hara qədər qalxa biləcəyini siz təxmin edin. Hesabatda bildirilir ki, yeni Ayfon qiyməti baha olduğundan gözlənilən səviyyədə alıcı tapmaya bilər.

Ən keyfiyyətli smartfonlara sahib olmaq üçün çəkilən xərclər baxımından bu cihazlara pul xərcləyə bilən və bilməyən insanlar arasındakı boşluq isə getdikcə genişlənir. Bu mənada, 2018-ci ildə daha bahalı Ayfon modelləri qiymətə diqqət edən insanları bu innovasiyalardan uzaq tutacaq. Bahalı Ayfon modellərinin qiymətini sabit saxlamaq məqsədilə şirkətin ötənilki Ayfon-S kimi daha ucuz alternativləri bazara çıxaracağı proqnozlaşdırılır.

Analitiklərin hesabatına əsasən, Əpl belə bir strategiya ilə çıxış edəcək:

- Qiyməti aşağı salmaq üçün ekran ölçüsü, kamera və başqa xüsusiyyətlərin aşağı olduğu telefonları da təqdim etmək;

- Premium müştəriləri daha bahalı məhsulları sata bilmək;

- Bir tərəfdən yeni xüsusiyyətlərə sahib yüksək qiymətli məhsullar dəsti yaratmaq, digər tərəfdən isə köhnə cihazları ilə ucuz məhsul bazarlarına daxil olmaq;

Ehtimallara əsasən, 6.5 düym OLED Ayfon 1100 dollar, 5.8 düym OLED Ayfon 999 dollar və 6.1 düym LCD Ayfon 700-800 dollar aralığında satışa çıxarılacaq. Ayfon S 350 dollar qiymətilə satılır və modelin də qiymətinin 300 dollara qədər azalacağı qeyd edilir. Hətta yeni nəsil S modelləri də təqdim edilə bilər.

Tarix
2018.04.15 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla