Yuxarı

İlham Əliyev kuboku Formula-1-in qalibinə təqdim etdi - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:52

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin ilk dövrəsində qəza baş verib.

Oxu.Az xəbər verir ki, yarışın ilk dəqiqələrində Kimi Raykkonen (“Ferrari”), Esteban Okon (“Force İndia”), Sergey Sirotkin ( “Williams”) və Fernando Alonso (“McLaren”) qəzaya düşüb.

Qəza nəticəsində Esteban Okon və Sergey Sirotkinin bolidi sıradan çıxıb. Nəticədə onlar yarışı tərk edib.

***

Formula-1 üzrə Azərbaycan Qran-prisində gərgin mübarizə davam edir.

Hazırkı nəticəyə görə Fettel birinci, Hamilton ikinci, Bottas üçüncüdür. Sayns güclü hücumlar edir və Ferstappeni keçir. Arxasında Helkenverq gəlir.

***

Bakıda Formula-1 Azərbaycan Qran Prisinin əsas yarışında qeyri-adi qəza baş verib.

"Red Bull Racing" pilotlarının mübarizəsi onlar üçün yaxşı nəticələnməyib.

Maks Ferstappenin səhv trayektoriyası Daniel Rikkiardonu çaşdırıb və onların bolidləri toqquşub.

Beləliklə, hər iki pilot Formula 1 yarışından kənarda qalıblar.

Yarışı Bottas lider kimi davam etdirir.

***

"Mersedes" komandasının pilotu Lüis Hemilton Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub.

Finiş xəttini 20 pilotdan 13-ü keçə bilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula-1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və açılış mərasimi keçirilib.

Formula-1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Səbinə Əfəndi ifa etdi.

Azərbaycan himninin ifasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayandılar.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinə birinci “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton çatdı. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mersedes” komandasının nümayəndəsinə təqdim etdi.

İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula-1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula-2 yarışları da keçirilib.

Tarix
2018.04.29 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla