Yuxarı

İkinci dəfədir Bakıda uğur qazanıram - Formula-2 pilotu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkinci dəfədir Bakıda uğur qazanıram - Formula-2 pilotu

İkinci dəfədir Azərbaycan paytaxtında uğur qazanıram. Bakı mənim üçün uğurlu şəhərdir. Həmişə Bakı haqqında xoş xatirələrim olacaq.

Axar.az xəbər verir ki, bunu Bakıda keçirilən Formula-2 üzrə ikinci əsas yarışda üçüncü yeri tutmuş “Pertamina Prema Theodore Racing” komandasının sürücüsü Nik De Vries deyib.

“Bakı mənim çox xoşuma gəlir. İnsanları çox mehribandırlar. Həqiqətən də gözəl şəhərdir. Paytaxtınızı çox bəyənirəm. Ötən il Bakıda ikinci yeri tutduğum üçün bu şəhər mənim üçün uğurlu hesab oluna bilər”, - deyə N.Vries vurğulayıb.

Pilot gələn il də Bakıya gələcəyinə ümidvar olduğunu söyləyib.

Qeyd edək ki, Formula 2 üzrə ikinci əsas yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar uzunluğu altı kilometr olan Bakı trekində 45 dəqiqə ərzində 21 dövrə vurublar.

Yürüşün qalibi “ART Grand Prix” komandasının pilotu George Russel olub. O, 1 dəqiqə 56,891 saniyəlik nəticə göstərib. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıblar.

Ötən il iyunun 23-25-də Bakıda keçirilən Formula 2 turunun ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Çarles Lekrerk qələbə qazanmışdı.

Tarix
2018.04.29 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük savaşda “əlaqələrimi” işə salmağa çalışdım...

Şövkət Mirziyayev də Azərbaycana gəldi

İlham Əliyev Serbiyanın böyük dostudur - Vuçiç

Sadır Japarov Azərbaycana gəldi

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Budeyvi də ölkəmizə səfərə gəldi

Ticarət dövriyyəmiz indikindən 5 dəfə çox olmalıdır - Vuçiç

İlham Əliyev Aleksandr Vuçiçlə görüşdü

Mavriki prezidenti Azərbaycana gəldi

Azərbaycanı həqiqi dost ölkə hesab edirik - Vuçiç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla