Yuxarı

Formula 1 Bakı Qran-Prisini nə qədər tamaşaçı izlədi?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Formula 1 Bakı Qran-Prisini nə qədər tamaşaçı izlədi?

Aprelin 27-29-da Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə, həmçinin axşam konsertlərinə ümumilikdə 94 min tamaşaçı baxıb.

Axar.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötənilki yarışla müqayisədə bu il ümumi tamaşaçı sayında 31, bilet satışında isə 21 faiz artım qeydə alınıb. Bu il satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür.

Formula 1 üzrə dünya çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Biletlərin təxminən dörddəbiri əcnəbi tamaşaçılar tərəfindən alınıb.

Bakı şəhər halqasında üçüncü dəfə keçirilən yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada teleyayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.

Tarix
2018.05.01 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla