Yuxarı

Bakıda “avtoşlar”ın yarışı: qəza anı - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gecə saatlarında yolda sürət yarışına çıxan avtomobillərdən biri qəza törədib.

"Axar.az" Trend ə xəbər verir ki, paytaxtda gecə vaxtı iki avtoxuliqan yolda sürətlə ötüşərkən onlardan biri qarşısına çıxan digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirməyib və üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozub.

Sürətini nizamlaya bilməyən "avtoş" sürücünün "lotu"luğu idarə etdiyi avtomobilin yolun sol kənarında dayanmış "cip"lə toqquşması ilə nəticələnib. "Cip" isə zərbənin təsirindən arxada dayanmış digər minik avtomobilinə, o da özündən sonrakı avtomobilə dəyib və beləliklə qəza zəncirvari xarakter alıb.

Qəzanı törədən avtomobil toqquşmadan sonra tüstülənməyə başlayıb. Bu zaman avtomobilldə "avtoş" sürücüdən başqa daha dörd dostunun olduğu məlum olub.

Qeyd edək ki, bu ilin 10 ayı ərzində Bakıda 846 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb.

Tarix
2013.11.28 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla