Yuxarı

Dövlət qurumları bu avtomobillərini satır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət qurumları bu avtomobillərini satır

Bir neçə dövlət qurumu balansında olan avtomobilləri hərraca təqdim edib.

Axar.az xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 24 iyul tarixində açıq auksion təşkil edəcək. Hərraca ümumilikdə 4 avtomobil çıxarılıb ki, onlardan ikisi Maliyyə Nazirliyinə, biri Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına, biri isə Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə aiddir.

Maliyyə Nazirliyinin hərraca təqdim etdiyi “Şeri Eastar” markalı avtomobilin ilkin start qiyməti 1600, “Nissan Sanni” markalı avtomobilin ilkin start qiyməti isə 2300 manat müəyyən edilib.

Prezident yanında Ali Attestasiya Komissiyası balansındakı “Mersedes Benz E350” markalı avtomobili 17 000, Nazirlər Kabineti Aparatının İşlər İdarəsi isə balansındakı BMV 730 markalı avtomobili 19.350 manata hərraca təqdim edib.

Tarix
2018.06.25 / 10:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla