Yuxarı

Sürücülərə şad xəbər: qərar dərhal verilmədisə… - Yenilik

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə şad xəbər:

Sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzələnəcək, gələcəkdə sürücü barəsində tərtib edilən elektron sənəd elə birbaşa "elektron qərar" adlanacaq.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bu gün Milli Məclisin yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə etdiyi dəyişikliklər barədə danışarkən deyib.

Ə.Hüseynov bildirib ki, dəyişikliyə əsasən, həmin elektron qərar yalnız real vaxt rejimində (qayda pozulan kimi avtomatik) tərtib edilməlidir. Yəni kameranın qeydə aldığı məlumatı kompüterdə araşdıraraq bir neçə saat və ya gün sonra elektron protokol (bundan sonra qərar) tərtib etmək qadağan olunur. Real vaxt rejimində (dərhal, onlayn) tərtib edilməyən qərar etibarsız və qanunsuz olacaq, sürücü buna görə məsuliyyətdən azad ediləcək:

“Elektron qərar (əlavələri ilə) 1 gün ərzində sürücünün elektron kabinetinə yerləşdirilməzsə, sürücü bu qayda pozuntusuna görə məsuliyyətdən azad olunacaq. Sürücü onun barəsində tərtib olunan elektron qərardan 20 gün ərzində şikayət verə bilər”.

Hüquqşünas bildirib ki, yeniliyə əsasən, bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər):

“Texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq. Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur. Nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün də cərimə artırılır (20 manat əvəzinə 40 manat)”.

Tarix
2018.06.29 / 16:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla