Yuxarı

DYP-dən sürücülərə xəbərdarlıq: maşınınız yanıbsa...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən sürücülərə xəbərdarlıq: maşınınız yanıbsa...

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

İdarədən Axar.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılan təhlillər göstərir ki, hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin anda bu avtomobillərdə odsöndürənlər ya olmayıb, ya da odsödürənlərin yararlılıq müddəti bitdiyindən yanğın vaxtında söndürməyib ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olmalarına, ağır xəsarətlər almalarına, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olması və onlara küllü miqdarda maddi zərər dəyməsi ilə nəticələnib.

"Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrində olan nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsödürənlərin yararlılıq müddətini daima nəzarətdə saxlasınlar", - deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Tarix
2018.08.06 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezidentdən qərar: Bu ölkədəki səfirlərimiz geri çağırıldı...

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla