Yuxarı

Azərbaycanda bir maşının qayda pozuntusu digərinə yazıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bir maşının qayda pozuntusu digərinə yazıldı

Azərbaycanda bir avtomobilin qayda pozuntusu digərinə yazılıb.

Trend-in məlumatına görə, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 189-cu kilometrliyində baş verib.

Belə ki, sürət həddi 60 km/saat olan yolda 110 km/saatla hərəkət edən YPX avtomobilinin əvəzinə radara yolun sağ tərəfində baqajı açıq şəkildə dayanan 90 BO 370 dövlət qeydiyyat nişanlı “Mersedes 190” markalı avtomobil düşüb və cərimə bu avtomobilə tərtib olunub.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, belə texniki səhvlər çox nadir hallarda baş verir:

“Ümumiyyətlə protokollar avtomatik tərtib olunur. Daha sonra cərimələr çap olunaraq ünvana göndərilir. Ancaq həmin sistemə nəzarət edən şəxslər daha diqqətli olarsa, o məlumatı yoxlayarlarsa, belə səhvlər olmaz".

Ekspertin sözlərinə görə, bu cür halla qarşılaşan şəxs protokolun surəti əlavə olunmuş ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir:

"Əgər söhbət sürət həddinin pozulmasından gedirsə, irdarədə video görüntü olmalıdır. Həmin videoya baxdıqda fakt aydın şəkildə görünəcək".

Tarix
2018.08.06 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla