Yuxarı

Səsi tutan görünməz plyonka yaradıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səsi tutan görünməz plyonka yaradıldı

Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun ekspertləri səsi tutan və səsləndirən nanomembran – şəffaf, görünməz plyonka yaradıblar.

Trend-in məlumatına görə, yeni elementlər membranlar əmələ gətirən gümüş nanoliflər əsasında yaradılıb və istifadəçiyə zərər vermədən dəri üzərinə yapışdırılan şəffaf plyonka şəklini alıb.

Plyonka həm dinamik, həm də mikrofon kimi işləyir. Qurğunun iş prinsipi sadədir: dinamik kimi çıxış edən plyonka simsiz interfeys vasitəsilə səsi ötürən qurğuya qoşulur, keçən cərəyanın onu və ətraf havanı qızdırması nəticəsində isə səs işə salınır. Lakin mikrofon rejimində iş zamanı əks proses baş verir: plyonka səs tərəddüdlərini cərəyana çevirir, onlar qeydə alınır və yazılma üçün diktofon və digər qurğuya ötürülür.

Bildirilir ki, qurğunu jestlər və ya səslə idarə etmək mümkündür. Bundan başqa, plyonkadan smartfon və digər elektronika növlərinin məsafədən idarə olunması üçün istifadə etmək olar.

Tarix
2018.08.13 / 01:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla