Yuxarı

Belçika Qran-Prisinin qalibi bəlli oldu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belçika Qran-Prisinin qalibi bəlli oldu

“Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsinin - Belçika Qran-Prisinin qalibi olub.

Axar.az xəbər verir ki, ikinci yerə “Mersedes”in britaniyalı pilotu Luis Hamilton, üçüncü yeri isə “Red bull”un hollandiyalı təmsilçisi Maks Ferstappen tutub.

Yarışın startında qəza baş verib və nəticədə ispaniyalı Fernando Alonso (“Maklaren”), Monakodan olan Şarl Lekler (“Zauber”) və almaniyalı Niko Hyulkenberq (“Reno”) trasdan çıxıblar.

Luis Hamilton 231 xal yığaraq dünya çempionatında şəxsi hesabda liderliyini saxlayır. İkinci pillədə Sebastyan Fettel (214 xal), üçüncü sırada isə “Ferrari”dən olan finlandiyalı sürücü Kimi Raykonen (146 xal) qərarlaşıb.

Dünya çempionatının növbəti mərhələsi avqustun 31-dən sentyabrın 2-dək İtaliyada keçiriləcək.

Tarix
2018.08.26 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla