Yuxarı

Azərbaycanda bu maşınlara tələb daha çoxdur - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu maşınlara tələb daha çoxdur - Video

09:58

Azərbaycanda dəyəri 100 min manatdan baha olan avtomobillərə tələb bazarda ümumi tələbin təqribən 15 faizi həcmindədir.

Axar.az xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, Azərbaycanda maşın bazarında dəyəri kifayət qədər baha olan, hətta bir milyon manata qədər olan avtomobillər satılır, ancaq bunlar kütləvi deyil, çox az saydadır və xüsusi sifarişlə gətirilir.

Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir.

O qeyd edib ki, qiyməti 40 min manatdan baha avtomobillərə tələb bir qədər aşağı səviyyədədir.

R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir:

“Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır".

Tarix
2018.08.29 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla