Yuxarı

BNA maarifləndirmə işlərinə başladı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA maarifləndirmə işlərinə başladı

BNA nəqliyyat vasitəsini qadağan olunan yerdə, səkidə, piyada keçidinin üzərində, fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulan pandusun qarşısında saxlayan sürücülərin maarifləndirilməsi üçün işlərə start verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar.az-a bildirib ki, yol hərəkəti haqqında qanunun müvafiq tələbini pozan bu cür sürücülərə qarşı inzibati tədbirlər nəzərdə tutulub. O deyib ki, müsbət nəticəyə nail olmaq üçün öncə geniş maarifləndirmə işləri aparılmalıdır:

“Sürücülərə digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmalarının vacibliyi izah edilməlidir. Bakı Nəqliyyat Agentliyi bu məqsədlə geniş maarifləndirmə tədbirləri həyata keçirir.

Hazırda Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır. Dayanıqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub. Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Əsas məqsədimiz vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaflıq prinsiplərinə əsaslanan xidmətin göstərilməsidir”.

Tarix
2018.09.08 / 16:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla