Yuxarı

3 yeni Ayfon modeli təqdim olundu: Xs, Xs Maks, XR

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il təqdim olunan Ayfon X smartfonu "Əpl" üçün önəmli bir hadisə idi. Bu hadisə şirkət tarixində dizayn və funksionallıq dəyişikliyinin ən irimiqyaslı hadisəsi idi. Bundan sonra şirkət artıq "Hom" düyməsinə və barmaq izi skanı texnologiyasına qayıtmayacaq. Belə ki, bundan sonra Feys ID texnologiyası var.

Beləliklə keçən ilki Ayfon X-in davamçıları olan Ayfon Xs və Ayfon Xs Maks modelləri rəsmi olaraq təqdim olundu. Xarici görünüşcə Ayfon Xs keçən ilki Ayfon X-dən heçnə ilə fərqlənmir. Yeni model həmin şüşə və poladdan hazırlanmış gövdəyə sahibdir. Lakin Ayfon Xs Max modeli öz böyük ekranı ilə seçilir. Belə ki, Ayfon Xs Max 6.5 düyüm ekrana sahibdir. Ayfon Xs-in ekran ölçüsü isə 5.8 inç-dir. Hər iki smartfon Super Retina ekranı ilə təchiz olunub. Həmçinin yeni iPhone modellərinin ekranları 120 GHz tezlikdə çalışırlar və HDR, Dolby Vision, HDR10 kimi texnologiyaları dəstəkləyirlər.

Öz ölçülərinə görə Ayfon Xs Max, keçən ilki iPhone 8 Plus modelinə bənzəyir. Lakin ondan fərqli olaraq Ayfon Xs Max modelinin ekranı bir qədər böyükdür. Beləki, yeni modeldə kənar çərçivələr daha da incə hala salınıb və ana menyu düyməsindən imtina olunub. Hər iki modeldə olan Feys ID texnologiyası keçən ilki versiyadan fərqli olaraq daha sürətli çalışır. Yeni Ayfon modelləri 7 nanometrlik A12 Bionic prosessoru ilə təchiz olunub. Sözügedən prosessor 6 nüvəlidir və əlavə olaraq 4 nüvəli qrafik oynadıcıya (GPU) sahibdir. Hər iki model IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.

İlk dəfə olaraq yeni Ayfon modelləri 512 GB daxili yaddaş ilə təchiz olunacaqlar. "Əpl" tarixində daha bir ilk isə ondan ibarətdir ki, yeni iphone modelləri 2 SIM kart girişi ilə təqdim olunacaqlar. Lakin məsələ burasındadır ki, fiziki iki SIM kart girişli modellər yalnız Çin bazarında satışa çıxacaqlar. Yerdə qalan bazarlarda isə yalnız bir fiziki SIM kart girişli modellər satışa çıxacaq və onlar eSIM dəstəkli olacaqlar.
5.8 düyüm böyüklüyündə ekrana sahib olan Ayfon Xs 1125x2436 ölçülərində piksel sıxlığına malikdir və hər düyümə düşən piksel sayı 458-dir (PPI). Ayfon Xs Max-da isə bu göstəricilər 2688x1242 olmaqla 6.5 düyümdür (PPI=458). Əlavə olaraq Ayfon Xs və Ayfon Xs Max modellərinin 4 GB RAM ilə gəlməsi gözlənilir. Hər iki modelin kamera xüsusiyyətlərində xırda dəyişikliklər olunub. Beləki, "Əpl" yeni modellərində də 2-li kamera trendi ilə davam edib və hər 2 modelin arxa hissəsində 2 kamera yerləşdirib.

Kameralardan birincisi f1.8 diaframlı, ikincisi isə f2.4 diaframlı lensə sahibdir və hər iki kamera 12 meqapikseldir. Kameraların hər birində optik şəkil sabitləmə texnologiyası yer alıb. Ön tərəfdə 7 meqapiksellik (f2.2 diafram) kamera yer alır. Bu hər iki modeldə də belədir. Diqqət çəkən detallardan biri isə portret rejimində şəkilin bulanıqlığının tənzimlənməsidir. Manual qaydada f1.4 və f16 diaframları arasında keçidlər etmək mümkündür.

Ayfon Xs Max modeli stereo səs yazmaq xüsusiyyətinə də sahibdir. Təbii ki, bu sevindirici bir haldır. Feys ID texnologiyası üçün isə ön hissədə infrared kameradan istifadə olunub. Bu əvvəlki X modelində də belə idi. Qiymətlərə gəlincə isə Ayfon Xs 999$-dan, Ayfon Xs Max isə 1099$-dan başlayan qiymətlər ilə bazara təqdim olunur.

Təqdimatda daha bir Ayfon modeli təqdim olundu. Şirkət bu modelə Ayfon XR adını verir və cihazı nisbətən büdcəli smatfon hesab etmək olar. Təbii ki, yeni Ayfonlar ilə müqayisədə "Əpl" bu cihazında da yeni nəsil prosessoru olan A12 bionic setindən istifadə edir. Cihaz sadəcə bəzi detallarına görə bugün təqdim olunan ana modellərdən fərqlənir. Ayfon XR sarı, ağ, qara, mərcan, mavi və qırmızı rənglərdə təqdim olunur.

7000 seriyalı aliminum gövdə ilə əhatə olunan Ayfon XR 6.1 düyümlük Liquid Retina ekrana sahibdir. Ayfonlarda artıq ənənə halını almış 3D touch xüsusiyyəti isə bu modeldə yer almayıb. Arxa hissədə isə 2 yox 1 kamera yerləşdirilib. Kamera f1.8 diaframlı lensə sahibdir və 12 meqapikseldir. IP67 suya və toza davamlılıq sertifakatı modeldə yer alıb və iki sim kart dəstəklidir.

749$-dan başlayan qiymətlərlə Ayfon XR 64GB, 128GB və 256GB daxili yaddaş seçimləri ilə bazara təqdim olunur.

Tarix
2018.09.13 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla