Yuxarı

Avtomobilinizi 3 təkərli də sürə bilərsiniz - Yenilik

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobilinizi 3 təkərli də sürə bilərsiniz - Yenilik

Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklər oldu. "Yol hərəkəti haqqında" Qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edildi. Bununla da kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edildi.

Axar.az xəbər verir ki, bundan sonra yalnız elektron talon tərtib olunaraq Dövlət Yol Polisinin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək.

Yeniliklə bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, yeniliyə əsasən texniki baxışın vaxtı da dəyişdirilib. Əvvəlkindən fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal edilən ölkəyə görə baxışa təqdim edilməyəcək:

“Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il (gələn dəfə) də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu idarə edən sürücü 50 manat cərimə olunacaq (özü də elektron qərarla)”.

Hüquqşünas bildirib ki, minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olmasına baxmayaraq, texniki baxışdan keçirilməli və talonu tərtib edilməlidir:

“Texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və dərhal aradan qaldırılması tövsiyə olunur. Həmin nəqliyyat vasitəsi növbəti, yəni gələnilki və ya iki ildən sonrakı texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon verilməməlidir”.

Ə.Hüseynovun sözlərinə görə, bu o deməkdir ki, qeyd olunan nəqliyyat vasitələrinə hər bir halda, ən ciddi nasazlıq olsa da, baxış talonu verilməli, sürücü buna görə geri qaytarılmamalıdır:

“Bu yenilik paradoksal sayıla bilər. Loru dildə bu o deməkdir ki, məsələn, siz avtomobilinizi 3 təkər üstündə baxışa gətirirsiniz. Təkərinin biri olmasa da, ona baxış talonu verilməli və sizə məsləhət görülməlidir ki, gedin, 4-cü təkəri də maşının altına qoyun. Siz də gələnilki texniki baxışa gələnədək 4-cü təkəri də tapmalısınız, tapmasanız, gələn il avtomobilinizi baxışdan keçirə bilməyəcəksiniz”.

Qeyd edək ki, 3-cü dəyişiklik icazə verilən maksimal kütləsi 3,5 tondan artıq yük avtomobillərinə, avtobuslara, onların qoşqularına, bəzi xüsusi təyinatlı nəqliyyat vasitələrinə aid deyil.

Tarix
2018.10.23 / 00:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla