Yuxarı

BNA parkinq xaosuna niyə son vermir? - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA parkinq xaosuna niyə son vermir? - Ekspert

Prezident İlham Əliyevin 7 iyul tarixində imzaladığı fərmanla dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi Bakı Nəqliyyat Agentliyinə verildi. Bununla sözügedən istiqamətdə mövcud olan nöqsanların aradan qaldırılması nəzərdə tutulsa da, gözlənilən olmadı. 4 aydır BNA-nın səlahiyyətində olan dayanma, durma və parklanma işində özbaşınalıq hökm sürür. Qanunsuz olaraq sürücülərə hədə-qorxu gəlinərək cərimələr yazılır.

Axar.az xəbər verir ki, bu sözləri Bakı şəhərində yaşanan parklanma problemini şərh edən hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər, pərakəndəlik və özbaşınalıq var.

Hüquqşünas qeyd edib ki, küçələrdə park nəzarətçisi kimi gördüyümüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi aydın deyil, çünki parklanma yerləri bu Agentliyə təhvil verilməyib:

“Hazırda Bakıda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti BNA-ya məxsusdur. Ancaq parklanma yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil. Parklanmaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sürücülərdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara getdiyi aydın deyil”.

Hüquqşünas bildirib ki, ödəniş etməməyə görə cərimə tələbi digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər:

“Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin.

Ayrıca qeyd etmək istəyirəm ki, bu xaosa son qoyulması da çox gecikir. Parklanma yerlərinin BNA-ya təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə normal parklanma təsərrüfatı yaradılmlıdır”.

Tarix
2018.11.06 / 14:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

İlham Əliyev Tokayevə zəng etdi

Mirziyayev Bakıya gəlir

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla