Yuxarı

Feysbukda yeni böhran: Məlumatlarımız satılır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Feysbukda yeni böhran: Məlumatlarımız satılır

Gündəlik 1.5 milyard aktiv istifadəçiyə sahib Feysbukun istifadəçilərin icazəsi olmadan 150-dən artıq şirkətlə onların şəxsi məlumatlarını paylaşdığı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

Məlumata görə, Feysbuk açıqlanan həcmdən daha artıq miqdarda məlumatı böyük şirkətlərlə paylaşıb. Bunların sırasında “Binq”, “Netfliks” və “Spotify” kimi şirkətlər də yer alıb.

Qeyd edək ki, Feysbuk dünya tarixində istifadəçiləri barəsində ən böyük məlumat bazasına sahib şirkətdir. Ümumilikdə 2.2 milyard istifadəçisi olan şirkətin məlumatları satması məsələsi bir qədər əvvəl gündəmə gəlmiş, şirkətin rəhbəri Mark Zukerberq isə “heç kimə məlumat satmırıq. Bu məlumatlar hər zaman təhlükəsiz şəkildə saxlanılacaq” cavabını vermişdi. Dünya mətbuatı isə ABŞ-dakı prezident seçkiləri və Böyük Britaniyadakı referendum zamanı Feysbukun məlumatlarından istifadə edildiyini yazmışdı.

Tarix
2018.12.20 / 11:37
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla